BAKI, 2 sentyabr — Sputnik. Sabahdan paytaxtda daha bir marşrut xətti üzrə avtobuslar "BakıKart"la ödənişə keçir. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı sabahdan "BakıKart" vasitəsilə ödəniləcək.
Qeyd edək ki, avqustun 25-də 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.
Həmçinin oxuyun: