BAKI, 2 sentyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Böyükşor gölünün yaxınlığındakı 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin istifadəsində olan asfalt zavoddan atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmətin rəsmisi Ramal Bağırov Sputnik Azərbaycan-a bildirib ki, faktla bağlı akt, protokol tərtib olunub və müəssisənin hüquqi şəxs qismində 10500 manatdan 12500 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sabunçu Rayon Məhkəməsinə göndərilib.
"Atmosferə atılan tullantıların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib".
Həmçinin oxuyun: