BAKI, 2 sentyabr — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Sputnik Azəraycan-a verilən məlimata görə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb.
Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.
Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.
Qalib komandalara mükafatlar təqdim olunub. Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Həmçinin oxuyun: