BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumatda qeyd olunur ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Xatırladaq ki, iyulun 23-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumata görə, 179 hektar ərazi mina və PHS-dən təmizlənib.
Həmçinin oxuyun: