BAKI, 1 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin məktəblilərə onları əhatə edən mənbələrdən gələn məlumatları yoxlamağı tövsiyə edib. RİA Novosti xəbər verir ki, bu barədə o, Vladivostokda məktəblilərlə söhbət zamanı bildirib.
Putin məktəblilərə xəbərdarlıq edib ki, müasir dünyada fərqli məlumatlara malik çoxlu qaynaqlar var, ancaq problem informasiyanın keyfiyyətindədir.
"Son instansiyada çox tez-tez həqiqət kimi təqdim olunan çox sayda informasiya zibili var. İnanmaq mümkün deyil, çünki bu, həqiqi mütəxəssislərin fikri yox, çox vaxt özlərini belə göstərən insanların rəyləridir", - deyə dövlət başçısı bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, "Bilik" cəmiyyəti dar istiqamətlərdə etibar ediləcək peşəkar və mütəxəssislərlə məsləhətləşir. Onun sözlərinə görə, bu cür məlumatlar əsasında müxtəlif hadisələr haqqında fikir qurmaq olar.