BAKI, 1 sentyabr — Sputnik. Son günlər valideynlər arasında sentyabr ayından təlim-tədrisin bərpa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumatda qeyd olunur ki, dərslər müxtəlif vaxtlarda və fərqli formalarda başlayacaq. Hətta bunu əks etdirən cədvəl də yayılıb.
Yayılan məlumatı dəqiqləşdirmək üçün Sputnik Azərbaycan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektoru ilə əlaqə saxlayıb.
Sputnik Azərbaycan-a bildirilib ki, yayılmış cədvəl həqiqəti əks etdirmir.
Nazirlik valideynləri rəsmi informasiyalara inanmağa səsləyib:
“Təhsil Nazirliyi məlumatları operativ şəkildə həm birifinq, həm press-reliz, həm də müsahibələrlə ictimaiyyətə çatdırır. Bu məlumatlar yalnız Təhsil Nazirliyi yaydığı zaman rəsmi məlumat kimi qəbul edilə bilər. Təhsil Nazirliyi isə hələki yeni tədris ilindən dərslərin hansı formada keçiriləcəyi barədə məlumat yaymayıb”, - deyə nazirlikdən bildirilib.
Həmçinin oxuyun: