BAKI, 31 avqust — Sputnik. İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Xatırladaq ki, yanğın hadisəsi avqustun 29-da günün ikinci yarısında rayonun Sərdahar və Qaraya kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınıb.
Alovun söndürülməsi və yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin bir ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, eləcə də kənd əhalisi cəlb olunub. Alov ətrafdan müşahidə olunub.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
29.08.2021
İsmayıllı dağlarında yanğın qeydə alınıb
İsmayıllı rayonu ərazisində, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Sputnik Azərbaycan-ın yerli müxbirinin verdiyi xəbərə görə, hadisə günün ikinci yarısından Sərdahar və Qaraya kəndi yaxınlığında qeydə alınıb.
Alovun söndürülməsi və yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin bir ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd əhalisi cəlb olunub.
Bu saatlarda da alov ətrafdan müşahidə olunur. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən dağlıq ərazidə quru ot və kol-kos yanır.
Həmçinin oxuyun: