ATƏT Azərbaycan, Ermənistan və Gürcüstanı əməkdaşlığa çağırır

Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlığın vacibliyini vurğulayan Linde qeyd edib ki, qarşılıqlı fəaliyyət sahələrinin infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. ATƏT-in sədri Ann Linde İllik Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir.
2020-ci ildə əldə olunan atəşkəsin İkinci Qarabağ savaşına son qoyduğunu qeyd edən Linde, ATƏT-in bu bölgədəki səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməli olduğuna əminliyini ifadə edib. Onun sözlərinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.
Bu üç ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Linde qeyd edib ki, əməkdaşlıq sahələri infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.
"Xüsusi nümayəndəm bu üç ölkə ilə qarşılıqlı əlaqədədir və hər üç tərəfin konstruktiv yanaşmasını qiymətləndiririk", - deyə ATƏT sədri bildirib.