Avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışı baş tutub.
Vaqif Poeziya Günlərinin iştirakçısı Xalq yazıçısı Natiq Rəsulzadə bununla bağlı fikirlərini Sputnik Azərabycan-a bölüşüb.
Xalq yazıçısı bildirib ki, bu poeziya günlərinin yenidən keçirilməsi də tarixin təkrar olunduğunu göstərir: “Üstündən uzun illər keçsə də, haqq-ədalət yerini tapır. Biz Şuşanı azad etməklə haqqımızı və ədaləti bərpa elədik. Şuşa yenidən qurulur, yaşayış kompleksi tikilir. Bu da o deməkdir ki, şuşalılar tezliklə oraya qayıda biləcək. Mən hesab edirəm ki, keçirilən musiqi festivalları, poeziya günləri təkcə mədəni hadisə deyil, eyni zamanda bu tədbirlər böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Biz bütün dünyaya göstərdik ki, erməni vandalizmindən fərqli olaraq Şuşanı Qarabağ mədəniyyətinin mərkəzinə çeviririk”.
Natiq Rəsulzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz