BAKI, 31 avqust — Sputnik. Qarabağda Azərbaycan və Türkiyə iş adamları tərəfindən yeni istehsal müəssisələri qurulacaq. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvü Rafiq Qarayev verib. O bildirib ki, Azərbaycan və türk iş adamları Qarabağın dirçəldilməsi prosesində aktiv iştirak edəcəklər.
ATIB-Azerbaycan Türkiye İş Adamları Birliyinin üzvü Rafiq Qarayev
© Sputnik / Zulfiyya Guluyeva
Onun sözlərinə görə, Qarabağda yaradılacaq sənaye parkında istehsal sahələrinin və onların infrastrukturunun qurulmasında türk iş adamları da iştirak edəcəklər: "Məqsəd Azərbaycanla Türkiyə arasında olan qardaşlığın, dostluğun, eləcə də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir".
R.Qarayev bildirib ki, türk iş adamları Qarabağda kənd təsərrüfatı məhsullarının emal olunması, qablaşdırılması, paketlənməsi üçün infrastruktur quracaqlar:
"Bilirsiniz ki, Qarabağın torpaqları əsasən kənd təsərrüfatı təyinatlıdır. Ona görə də, türk iş adamları Qarabağda yeni bağların qurulması, istehsal olunan məhsulların konservləşdirilməsi üçün yeni müasir müəssisələrin yaradılması prosesində iştirak edəcəklər. Türk iş adamlarının Qarabağda istehsal olunan məhsulların xaricə ixracı prosesinə də töhfə verməsi nəzərdə tutulub".
R.Qarayev Qarabağda istehsal müəssisələrinin qurulması üçün türk iş adamları ilə yanaşı, Pakistan şirkətlərinin də maraqlandığını söyləyib.
Həmçinin oxuyun: