Politoloq: “Qərb ölkələrinin Əfqanıstana yenidən qayıdacaqlarını güman etmirəm”

Politoloq Fikrət Sadıxov deyib ki, ABŞ Əfqanıstanda baş verənləri izləyəcək və onlar üçün hər hansı təhlükəli vəziyyət yaranarsa, mütləq buna reaksiya verməlidirlər
Sputnik
İŞİD terror qruplaşmasının minlərlə döyüşçüsü Əfqanıstandadır. Daha əvvəl ABŞ prezidenti Cozef Bayden, habelə Birləşmiş Ştatların digər dövlət rəsmiləri də Əfqanıstanda İŞİD təhlükəsinin artdığını açıqlayıblar.
Bəs koalisya qüvvələri artan terror təhlükəsinə qarşı Əfqanıstana yenidən müdaxilə edə bilərmi?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Fikrət Sadıxov deyib ki, Əfqanıstanı tərk edən ABŞ və digər qərb ölkələrinin bu ölkəyə yenidən qayıdacaqlarını güman etmir: “Amma bu məsələdə iki məqamdan asılı olan məsələlər gündəmdədir. Birincisi odur ki, ABŞ Əfqanıstanda baş verənləri izləyəcək və onlar üçün hər hansı təhlükəli vəziyyət yaranarsa, mütləq buna reaksiya verməlidirlər. Bu heç də o demək deyil ki, geniş bir koalisiya şəklində yenidən Əfqanıstana müdaxilə olacaq. Digər reallıq odur ki, Əfqanıstan qarşıdurma meydançasına çevrilir. Artıq Rusiya və Çin burada maraqlarını genişləndirirlər. Bu isə o deməkdir ki, ABŞ və digər qərb ölkələri üçün təhlükə yarada bilər. Bu baxımdan qərb çalışacaq ki strateji maraqlarına cavab verən addımlar atsın”.
Fikrət Sadıxovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz