CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onkoloji xəstəlikdən əziyyət çəkən şair dünyasını dəyişib

Məlumatda qeyd olunur ki, şair bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Ə.Oğuz uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu
Sputnik
BAKI, 31 avqust — Sputnik. Tanınmış şair, jurnalist Əhməd Oğuz 59 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mərhumun həmkarları "Facebook" səhifəsində məlumat verib.
Məlumatda qeyd olunur ki, şair bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Ə.Oğuz uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
Qeyd edək ki, mərhum şair Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olub. 1991—1992-ci illərdə "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik edib. "Oğuz eli" qəzeti redaksiyasında məsul katib olub. 1993-cü ildən Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri keçən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunub. "Nar ağacı" adlı ilk şeri 1981-ci ildə "Ulduz" jurnalının üçüncü sayında dərc edilib. "Azərbaycantelefilm" yaradıcılıq birliyində onun ssenariləri əsasında bir neçə sənədli fılm ("Bağlı qapı", "O quzeylər" və b.) çəkilib. "Bağlı qapı" sənədli filminə görə "Humay" mükafatına layiq görülən şair Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
O eyni zamanda Türkiyədə keçirilən "Türk xalqları şeir şöləni"ndə Azərbaycan poeziyasını təmsil edən nümayəndə heyətinin tərkibində olub.
Allah rəhmət eləsin!
Həmçinin oxuyun:
Azərbaycanlı yazıçı vəfat etdi
Asteroidə adı verilən yazıçı vəfat edib