Koronavirus xəstələri üçün həkim tələb olunur - Nazirlik elan verdi

Həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər:
Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)
Şəxsiyyət vəsiqəsi
Diplom
İnternatura vəsiqəsi
Sertifikat
Əmək kitabçası