CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov paytaxtımızda ticarət mərkəzi və bulvar inşa etdirəcək

Ticarət mərkəzi sentyabrın 15-dən tikilməyə başlanacaq. Birinci mərhələnin ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Ticarət mərkəzinin inşasının gələn yaya bitirilməsi planlaşdırılır. Ağalarovun sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Bakıdakı "Sea Breeze" istirahət mərkəzinin ərazisində ticarət mərkəzinin tikintisinə sentyabrda başlanılacaq. Obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə layihənin rəhbəri, "Crocus Group" şirkətinin birinci vitse-prezidenti, xalq artisti Emin Ağalarov jurnalistlərə bildirib. 
Onun sözlərinə görə, ticarət mərkəzinin inşasına sentyabrın 15-dən başlanacaq. Birinci mərhələnin ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Ticarət mərkəzinin inşasının gələn yaya bitirilməsi planlaşdırılır. Ağalarovun sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.
Bundan başqa, "Sea Breeze"də piyada zonası, velosiped yolları, yaşıllıq və istirahət yerləri olan altı kilometrlik bulvarın salınması planlaşdırılır.
Yaxın zamanlarda "Grand Hotel" və "Skyline" hotellərinin tikintisinə də başlanılacaq. Obyektlərin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.
Həmin vaxtadək "Polo Residences" yaşayış kompleksinin 16 korpusunun tikintisi planlaşdırılır. Bundan əlavə, "Sea Breeze"də "Lighthouse" mənzil kompleksinin tikintisi aparılır: ikinci korpusun cari ildə, üçüncü və dördüncü korpusun isə müvafiq olaraq 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kv.m təşkil edəcək.
Məlumat üçün bildirək ki, 2006-cı ildə Eminin ilk "Still" adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "Incredible" adlı albomunu çıxardıb ki, albomdakı "Don't Cry" mahnısı "Sıfır kilometr" filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenkin "cover"-lərindən ibarət olan "Obsession" və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı "Devotion" albomu satışa çıxıb. Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və "Wonder" albomunu Britaniyada satışa çıxarır. Onu da bildirək ki, müğənni əksər mahnılarının müəllifidir. Avropada, xüsusən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. O eyni zamanda İsveçrədə və ABŞ-da təhsil alıb. O, "Marymount Manhattan College" (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var. Rusiyada bizneslə məşğul olan sənətçi GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdı.
Həmçinin oxuyun:
Ekspertlər: Azərbaycan turizm infrastrukturuna görə Xəzər regionunda birinci yerdədir