Azərbaycan idmançılarının Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı davam edir.
İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, paralimpiyaçılarımız sanki 20 gün öncə başa çatmış Olimpiya oyunlarında iştirak etmiş idmançılarımızın da əvəzinə çıxış edirlər: “İdmançılarımız hazırda yeni bir rekord müəyyənləşdirir. Paralimpiya bir az fərqlidir və orada çıxış etmək imkanları da çətin olur. İdmançılarımızın uğurlu çıxışı da göstərir ki, Milli Paralimpiya Komitəsi doğru yoldadır. Ehtimal edirəm ki, idmançılarımız medal sayını daha 4-5 medalla artırmağı bacaracaqlar. Cüdoçularımızın yarışlardakı çıxışlarını yüksək qiymətləndirirəm. Bu oyunlar başa çatdıqdan sonra Paralimpiya Komitəsi yeni qərarlar qəbul edəcək. Bizim Paralimpiya idmançılarımızın sayı artacaq və Vətən Müharibəsində tarix yazan qazilərimiz arasında onların sırasına qatılanlar olacaq”.
Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz