İQTİSADİYYAT

Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 70,14 dollara bərabər olubÖtən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 70,14 dollara bərabər olub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,10 dollar artaraq 72,80 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar ucuzlaşaraq 68,44 dollar olub.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 70,14 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,29 dollar və ya 3,38% çoxdur.
Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
OPEC+ ölkələri müqavilə şərtlərini yenidən müzakirə edə bilər
Sentyabrın 1-də OPEC+ ölkələri müqavilənin şərtlərini yenidən nəzərdən keçirə və qarşıdakı bir neçə ay ərzində əvvəlcədən razılaşdırılmış gündə 400 min barel artımdan imtina edə bilərlər. Bu barədə Küveytin neft və ali təhsil naziri Məhəmməd Abdel Lətif əl-Fares bildirib. O qeyd edib ki, COVID-19 bəzi ölkələrdə dördüncü dalğasına başladıqca, bu artımı yenidən düşünmək üçün diqqətli olmalıyıq.