Azərbaycanlı nazirlər Türkiyə tərəfini təbrik ediblər

Zakir Həsənov əmindir ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və baş qərargah rəisi ordu generalı Yaşar Gülerə təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, təbrik mətnində deyilir:
"Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.
Əminəm ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.
Fürsətdən istifadə edərək Sizə hörmət və ehtiramımı izhar edirəm".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Qızıl hərflərlə Türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı – 30 avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik", - nazir qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. İlk dəfə 1923-cü ildə qeyd edilən Qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib.
Qeyd edək ki, bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib. Bu gün, həmçinin Türkiyə Silahlı Qüvvələr günü kimi də qeyd olunur.