Avropa İttifaqı Türkiyənin COVID-19 sertifikatlarını tanımağa başladı

Türkiyə də öz növbəsində Aİ tərəfindən verilən peyvənd sertifikatını tanımağa başlayıb və bu təcrübə vətəndaşların qarşılıqlı təhlükəsiz səyahətini asanlaşdıracaq.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyənin verdiyi COVID-19 sertifikatlarını tanımağa başlayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.
Məlumatda qeyd olunur ki, Türkiyənin verdiyi peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahibdir və Aİ ölkələrində qəbul ediləcək.
Bildirilir ki, Türkiyə də öz növbəsində Aİ tərəfindən verilən peyvənd sertifikatını tanımağa başlayıb və bu təcrübə vətəndaşların qarşılıqlı təhlükəsiz səyahətini asanlaşdıracaq.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.