BAKI, 29 avqust - Sputnik. Günəşdəki güclü partlayışlar dünya üzrə hər yerdə internetin kəsilməsinə səbəb ola bilər.
Sputnik Azərbaycan-ın məlumatına görə, belə bir ehtimalı SIGCOMM 2021 konfransında ABŞ-dan olan tədqiqatçı Sangita Abdu Cioti səsləndirib.
Plazma buludunun kosmosa atılması ilə müşahidə olunan partlayışlar Günəş sistemində ən güclü tranzient (ani və geniş spektral diapazonda elektromaqnit şüalanmalar - red.) işıq hadisələridir. Ancaq çox güclü Günəş partlayışları nadir hallarda müşahidə olunur - onlardan məlum olan üçü internet əsrindən əvvəl baş verib.
Təxminən otuz ildir ki, Günəş aktivliyi çox azalıb, buna görə də onun baş vermə ehtimalı var.
Bu səbəbdən İrvayndakı Kaliforniya Universitetinin dosenti Sangita Abdu Ciotu bunların təhlükəsini araşdırıb. Onun hesablamalarına görə, Günəşdəki partlayışlar suyun altı ilə ölkələri birləşdirən internet magistralları üçün daha təhlükəlidir. Optik lif partlayışların geomaqnit induksiyalı cərəyanının təsirinə məruz qalmasa da, bu cərəyan hər 50-100 km məsafədə yerləşdirilmiş təkrarlayıcıları sıradan çıxara bilər. Üstəlik risk müxtəlif kabellər üçün fərqlidir.
Məsələn, Cənub-Şərqi Asiya daha az ziyan görəcək: orada internet magistralları qısadır, üstəlik Günəşdəki partlayışlar yuxarı en dairələrinə daha güclü təsir göstərəcək. Ən güclü ziyan isə ABŞ ilə Avropanı birləşdirən uzun kabellərə dəyə bilər. Yerli və regional internet infrastrukturu üçün isə təhlükə minimaldır, çünki orada kabellərin torpaqla birləşdirilmə səviyyəsi yüksəkdir.
Cioti deyir ki, düzdür, Günəşdəki güclü partlayış Yerdə internetin tam kəsilməsinə səbəb olmaz, ancaq onun işinə güclü təsir edə bilər. Bundan başqa, belə hal Yerətrafı orbitdə olan bütün qurğuları sıradan çıxararaq insanları peyk internetindən məhrum edə bilər.
Qeyd edək ki, son günlər Günəşdə aktivlik müşahidə olunur. Məsələn, avqustun 28-də M kateqoriyasından olan partlayış müşahidə olunub.
Eləcə də oxuyun: