Dünyanın aparıcı siyasətçiləri Əfqanıstanda hakimiyyətin "Taliban" (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması) hərəkatı tərəfindən ələ keçirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Ölkə və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri burada qadınların hüquqlarının qorunması ilə bağlı bəyanatlar yayıblar. Taliban üzvləri isə qadınların haqlarının qorunacağını bəyan edərək, onları hətta hakimiyyət dəvət ediblər.
Hələlik isə, əfqan qadınlar, elə bu ölkənin kişiləri kimi, sağ qalmaq haqda fikirləşirlər. Bir çoxları üçün yeganə çıxış yolu ölkəni tərk etməkdir.
Sputnik Azərbaycanın xüsusi fotolentində əfqan qadınlarının ölkəni necə tərk etmələrini izləyə bilərsiniz.