CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taylandda COVİD-19 xəstələri qospitalda eyş-işrət məclisi düzəltdilər

Müşahidə kameralarındakı görüntülərdən pasiyentlərin bəzilərinin narkotik maddə qəbul etdikləri və qrup şəklində cinsi əlaqəyə girdikləri üzə çıxıb. Bununla belə, onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Sputnik
BAKI, 29 avgust — Sputnik. Tayland polisi COVID-19 xəstələrinin əyləncə və narkotik məclisi qurduqları səhra qospitalına reyd keçirib. Bu barədə ölkənin "The Nation Thailand" qəzeti məlumat yayıb.
Sputnik Azərbaycan RİA Novostiyə istinadla bildirir ki, Tailandın Samit Prakan əyalətindəndəki xəstəxananın işçilərindən biri polisə müraciət edərək pasiyentlər arasında dava-dalaş düşdüyünü xəbər verib. Qospital əməliyyatına ISOC hərbi birləşməsinin üzvləri də cəlb olunublar.
Əməliyyat nəticəsində polis xəstələrdən yalnız siqaret müsadirə edib. Ancaq müşahidə kameralarındakı görüntülərdən pasiyentlərin bəzilərinin narkotik maddə qəbul etdikləri və qrup şəklində cinsi əlaqəyə girdikləri üzə çıxıb. Bununla belə, onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, koronavirus pandemiya zamanı Tailandda bir milyondan çox COVID-19-a yoluxma qeydə alınıb və on mindən çox xəstə dünyasını dəyişib. Bu il avqustun ayının ortalarında ölkədə xəstəliklə bağlı vəziyyət pik nöqtəsinə çatıb və sutkalıq yoluxmaların sayı 20 mini keçib.
Həmçinin oxuyun:
COVID pasportuna qarşı çıxanlar Londonda yolları bağladılar