Əyripəncə blogerin qayğısız həyatının görüntüləri sosial şəbəkələrdə milyonlarla bəyənmə toplayıb. İki yaşlı Balu "TikTok"da əsl ulduzdur. Onun videosu 26 milyon baxış toplayıb.
Ayının sahibi Ruslan Tsivilev pandemiya səbəbindən heyvanı zooparkdan götürüb. O, çətin həyat şəraitində olan və tezliklə onun sevgisini qazanan Baluya sahiblənib.
Ruslananın həyat yoldaşı ərinin tezliklə bir ayı gətirəcəyini zarafat kimi qəbul etdiyini, ancaq zaman keçdikcə bu sevimli heyvana o qədər alışdığını, indi isə həyatını ayısız təsəvvür edə bilməyəcəyini qeyd edib.
Tsivilevlər onu da bildiriblər ki, onlar ehtiyat tədbirlərinə riayət edirlər və kiçik oğlunun həyatı üçün qorxmurlar.