İQTİSADİYYAT

Rusiyada bu qida məhsulu hökumətin xüsusi siyahısına salındı

Dövlət Müdaxilə Fondu kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşdüyü vaxt fermerlərdən məhsul alaraq yüksək qiymətə satır, qiymətlər qalxanda isə yenə də vəziyyəti sabitləşdirmək üçün müvafiq addımlar atılır.
Sputnik
BAKI, 29 avgust — Sputnik. Rusiya Fedrasiyası hökuməti şəkəri dövlət müdaxiləsi tələb edən kənd təsərrüfatı məhsullarının siyahısına salıb. Bu barədə RİA Novosti Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
"Şəkər bazarında dövlət müdaxilələri mexanizmi tətbiq oluna bilər. bu barədə Rusiya hökumətinin sərəncamı var" , - deyə məlumatda bildirilir.
Məlumatda Dövlət Müdaxilə Fondunun formalaşmasdırılmasına 2022-ci ildə başlayacağı qeyd olunur.
Dövlət müdaxiləsindən qiymətləri tənzimləmək və kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək məqsədilə istifadə olunur. Bildirilir ki, kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşdüyü vaxt fond fermerlərdən məhsul alaraq yüksək qiymətə satır, qiymətlər qalxanda isə yenə də vəziyyəti sabitləşdirmək üçün müvafiq addımlar atılır.
Qeyd edək ki, bir qədər bundan əvvəl Rusiya Nazirlər Kabineti ərzaq məhsullarının qiymətinin aşağı salınması ilə bağlı bəzi tədbirlər həyat keçirib. Nəticədə bir sıra kənd təsərrüfatı məhsulları üzrə rüsumlara yenidən baxılıb, dəyirmançılara və çörəkçilərə dəstək verilib, sənaye birlikləri, mal və pərakəndə satış şəbəkələri ilə şəkər və günəbaxan yağının qiymətlərinin sabitləşdirilməsi üzrə müqavilələr bağlanıb.
Bu məqsədlə Baş nazirin birinci müavini Andrey Belousovun rəhbərliyi altında xüsusi işçi qrupu da yaradılıb.