Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb. Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
İqtisadçı ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyir ki, neft ehtiyatlarının azalması prosesi əvvəlcədən proqnozlaşdırılırdı: “İqtisadi genişlənmə vüsət aldıqca, neftə tələbat artır. Bu da təbii olaraq ehtiyatların azalmasına gətirib çıxarır. Neftin qiymətinin formalaşmasına tələb və təklifdən əlavə verilmiş proqnozlar böyük rol oynayır. Eyni zamanda ötürülmüş informasiyalara da birjalarda çevik reaksiya verilir. Qarşıdakı aylarda da neft qiymətlərindəki dalğalanmanı müşahidə edəcəyik. Neft qiymətlərində ötən il olduğu kimi böyük enişlərin olacağı gözlənilmir”.
Eldəniz Əmirovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz