BAKI, 29 avgust — Sputnik. Bərdədə dəhşəti qətl hadisəsi baş verib, qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. Hadisə rayonun Hacallı kəndində baş verib. Kənd sakini İnayət Nəzərov qardaşı Səxavət Nəzərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisənin təfərrüatları Sputnik Azərbaycan-ın bölgə müxbiri araşdırıb.
Hadisə Bərdənin Hacallı kəndində qeydə alınıb. 1984 cü il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyar Məmtiyevlə birləşərək, 33 yaşlı Səxavət Nəzərovu bıçaqlayaraq, öldürüb. Hadisənin təfərratlarını araşdırmaq üçün həmin kəndə yollanırıq, mərhumun yaxınları ilə həmsöhbət olmağa çalşışırıq.
Mərhumun qaynatası Müsdəcəf Məmmədov deyir ki, 1 ilə yaxın imiş ki, qardaşlar arasında mübahsiə gedirmiş. Sonuncu dəfə qardaşların mübahisəsi, kənd ərazisindəki otlaq sahəsində olub. İnayət Nəzərov dostu Şəhriyar Məmtiyevlə birllikdə özüdən kiçik qardaşı Səxavət Nəzərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər:
“Hadisə dünən axşam üstü təxminəm saat 7 radələrində baş verib. Mərhum gedib suyu kəsməyə. O da öz dostu ilə heyvanı suvarırmış. Orda bunun qabağını kəsib”.
Elə olanlar da bundan sonra baş verib. Mərhumun qaynatası Müsdəcəf Məmmədovun sözlərinə görə mərhum öldürüləndən sonra gizlədilib.
“Mərhum qətlə yetiriləndən sonra, gətirib tullayıblar, transformatırın içinə. Hərə bir söz deyir mən orda olmamışam. Burda camaat görüb bizə xəbər çatdı ki, Səxavəti öldürüblər. Biz o anda getdik ki, polis hamısı tökülüb ora. Millət hamısı yığışıb ordadı”.
Hadisədən bir neçə saat sonra yerli sakinlər bundan xəbər tutaraq hüquq-mühafizə orqanlarına və mərhumun ailə üzvlərinə xəbər veriblər. mərhumun qaynatası da hadisə yerinə gəlib. O, deyir:
“Cinayət saatlarında onun yanında dostu da olub və bu işdə hadisəni törədən şəxsə kömək edib. Deyilənə görə qatillər izi itirmək üçün mərhumun meyitini kənd ərazisində əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan elektrik transformatoruna ataraq, toka veriblər”.
Dərhal hadisə yerinə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Bəs qardaşalr arasında yaranan mübahisəyə səbəb nədir, sualımızı isə ailənin qohumu Nofəl Əliyev cavablandırır. O deyir ki, cinayətin törədilmə səbəbi qardaşlar arasında illər əvvəl yaranan qısqanclıq olub.
“Hadisə qısqanclı zəmnində baş verib. Onlar daim dalaşırdılar. Həmişə aralarında münaqişə olurdu. Nə qədər ağsaqqallar yığışdı, nə qədər məsləhət verdilər yenə də eşitmədilər ağsaqqalı. Mərhumun 2 azyaşlı uşağı qaldı. Biri 5 gün idi ki, dünyaya gəlmişdi”.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.