Xalq artisti həyat tərzini dəyişib - rahibə olub

Aktrisa Mariya Şukşina özünün "telegram" kanalında bu barədə məlumat yayıb. O, həmkarını arzusuna çatması münasibətilə təbrik edib. Mariya bildirib ki, Yekaterina artıq kilsədə yeni həyata başlayıb.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Rusiyanın Xalq artisti Yekaterina Vasilyeva rahibə olmaq qərarına gəlib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, aktrisa uzun müddətdir monastıra gedib və həyatını dinə həsr edib. Ötən gün isə o, rəsmi olaraq rahibə olub.
Bu haqda aktrisa Mariya Şukşina özünün "telegram" kanalında məlumat yayıb. O, həmkarını arzusuna çatması münasibətilə təbrik edib. Mariya bildirib ki, Yekaterina artıq kilsədə yeni həyata başlayıb.
Qeyd edək ki, Yekaterina 12 yaşında olanda valideynləri boşanıb. Aktrisa anasına kömək etmək məqsədi ilə teatrda kiçik obrazlar oynayır. Aktrisa "Обыкновенное чудо", "Экипаж", "Чародеи" kimi filmlərin də yer aldığı 200-dən çox ekran işinə çəkilib.
Həmçinin oxuyun:
Xalq artisti dincəlmək üçün evini satıb