BAKI, 28 avqust - Sputnik. ABŞ hərbçilərinin Rusiya Müdafiə Nazirliyi tərəfindən keçirilən Beynəlxalq Ordu Oyunlarında iştirakı Rusiya üçün maraqlı olardı.
Sputnik Azərbaycan bildirir ki, bunu YouTube kanalında "Соловьев Live" kanalına müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
"Bilirsiniz, bizə də maraqlı olardı. Şanslar barədə danışmıram, əlbəttə, onların da texnikasına baxmaq istərdik. Məsələn, "Formula-1" yarışları keçirilir, orada müxtəlif tərəflər iştirak edirlər", - Şoyqu deyib.
"Biz 2014-cü ildə, müxtəlif hadisələrdən öncə buna yaxın idik, Krım referendumundan əvvəl biz Almaniya, Böyük Britaniya və İtaliya ilə danışmışdıq. İtaliya ilə təkərli tankların tank biatlonunda iştirakının mümkünlüyünü də müzakirə edirdik", - nazir əlavə edib.
Beynəlxalq Ordu Oyunları avqustun 22-dən sentyabrın 4-dək 11 ölkənin (Rusiya, Belarus, Əlcəzair, Ermənistan, İran, Qazaxıstan, Qətər, Özbəkistan, Serbiya, Çin, Vyetnam) ərazisində keçirilir. "Armi-2021"in 34 müsabiqəsində 42 ölkədən 277 komandada beş mindən çox hərbçi iştirak edir. Onlar arasında Azərbaycan təmsilçiləri də var.
Sentyabrın 1-də isə Beynəlxalq Ordu Oyunlarının iştirakçı ölkələrinin nümayəndələri yarışların gələn ilki təşkilat məsələlərini müzakirə etmək üçün toplaşacaqlar.
Eləcə də oxuyun:
"Artilleriya atəşinin ustaları" müsabiqəsində növbəti mərhələ keçirilib
Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında ikinci olublar - VİDEO
Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra ediblər