CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusa yoluxmaların sayı nə vaxt azala bilər - ekspert

Azərbaycan Respublikasında ötən sutka koronavirus (COVID-19) infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb.
Sputnik
BAKI, 27 avqust — Sputnik. "Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.
O əlavə edib ki, sentyabr ayının ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında ötən sutka koronavirus (COVID-19) infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5434 nəfər vəfat edib, aktiv xəstə sayı 46968 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.
Həmçinin oxuyun:
Məktəb, "Delta" ştammı və uşaqlar - payızda nə edəcəyik?