BAKI, 27 avqust — Sputnik. Peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin 27 avqust - 5 sentyabr tarixlərində işə qəbulu müsabiqəsi keçirilir.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi 2 mərhələdən (elektron müraciət və müsahibə mərhələləri) ibarətdir. İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət_forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.
Həmçinin oxuyun: