BAKI, 27 avqust — Sputnik. Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
"Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin, Mərkəzi Asiyada tərəfdaşların təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir", - deyə Lavrov Təhlükəsizlik Şurasının iclasında qeyd edib.
Qeyd edək ki, Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Həmçinin oxuyun: