BAKI, 27 avqust — Sputnik. Kabil hava limanı yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olan şəxslərdən biri yerli Raha Press informasiya agentliyinin əməkdaşı Əlireza Əhmədidir. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Dünən baş vermiş partlayış nəticəsində Raha agentliyinin gənc əməkdaşı, ölkədə KİV sahəsində fəallardan biri Əlireza Əhmədi dünyasını dəyişib", - deyə agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, KİV-in məlumatına görə, dünən Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.
Həmçinin oxuyun: