Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.
Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov Muğam günü ilə bağlı fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.
Xalq artisti bildirib ki, artıq muğamımız Qarabağımızda səslənir: “May ayında təşkil olunan “Xarıbülbül” festivalında artıq bütün dünya buna şahid oldu. Düşünürəm ki, həmin torpaqların insanları öz torpaqlarına qayıdandan sonra muğamımız əvvəlki intibah dövrünə geri qayıdacaq. 2005-ci ildə Heydər Əliyev fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən muğam müsabiqələrinin keçirilməsi muğamımızı dirçəltdi. Bu vaxta qədər 7 Muğam müsabiqəsi keçirilib. Həmin müsabiqənin nəticəsində 10-larla muğam ifaçısı səhnəmizə gəldi. Artıq onların fəxri adları var. Onlar artıq operamızın səhnəsində çıxış edirlər. Eyni zamanda Dövlət televiziyamızın solistləridir. Bizimlə bərabər nəinki Azərbaycanda, dünyada da ləyaqətlə təmsil edirlər. Qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər”.
Mənsum İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz