BAKI, 26 avqust — Sputnik. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.
Qeyd edək ki, erməni KİV-ləri Azərbaycan əsgərinin Ağdərə ərazisində evlərdən birinə girdiyi və onun saxlanıldığı barədə məlumat yayıb.
Eləcə də oxuyun:
Ermənilər Kəlbəcərdə İstisunu atəşə tutublar
Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb - VİDEO
Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı