CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusun bu simptomlarını başqa xəstəliklə qarışıq salırlar

Xəstəliyin ağır hallarında koronavirus oksigen çatışmazlığına da səbəb ola bilər ki, bu da beynin pozulmasına gətirib çıxara bilər.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Pavlov adına birinci Sankt-Peterburq Tibb Universitetinin infeksionisti Oksana Staneviç son zamanlar koronavirusun qusma, ürəkbulanma, qarın ağrısı və diareya kimi əlamətlərinin artdığını söyləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir.
"İnsanlar tez-tez bunun COVID deyil, adi bir bağırsaq infeksiyası olduğunu düşündükləri üçün səhv müalicəyə başlayırlar. Bunun qastroenterit olmadığı artıq aydın olduqda, xəstələr qusma və diareya səbəbiylə çoxlu maye və elektrolit itirirlər. Xəstəxanaya çoxlu su itkisi ilə gəlirlər", – deyə infeksionist bildirib.
Bu yaxınlarda "Rospotrebnadzor" METİ-nin klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib ki, koronavirusun yüngül bir forması belə, mərkəzi sinir sisteminə təsir göstərə bilər.
Onun sözlərinə görə, COVID-19 tənəffüs yolları ilə orqanizmə girərsə, iybilmə sinirinə daxil ola bilər və sonra mərkəzi sinir sisteminin hüceyrələrinə çata bilər.
Xəstəliyin ağır hallarında koronavirus oksigen çatışmazlığına da səbəb ola bilər ki, bu da beynin pozulmasına gətirib çıxara bilər.
Eləcə də oxuyun: 
ABŞ milyarderlərinin sərvəti pandemiya dövründə 1.8 trilyon dollar artıb
Kolumbiyada bir kişi yeddi dəfə koronavirusa qarşı peyvənd vurdurub
Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi