BAKI, 25 avqust — Sputnik. Uşaqlarda immun sistemini qaldırmaq üçün dərman yoxdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Baş pediatr bildirib ki, hansısa dərman istifadə etməkdənsə, vaxtında peyvəndləri vurdurmaq daha məqsədə uyğundur:
"Uşaqlarda immun çatışmazlığını isə sadəcə müayinə ilə müəyyən etmək olar”.
E.Rəhimov viruslar haqda da danışıb:
"Rotavirus hər yay, belə vaxtlarda daha sıx yayılır. Böyüklərdə bu virusa nadirən rast gəlinir. Çox sevindiricidir ki, bəzi viruslara qarşı peyvəndlər var".
O bildirib ki, rotavirusa qarşı da peyvənd mövcuddur: "2-4-cü ayda uşaqlara buna qarşı peyvənd vurulur. 3 dəfə təyin ediləndə isə 2-4-6-cı ayında vurulur. 2 ayında uşağa bu peyvəndin vurulmasına başlanmayıbsa, 2,5 ayı keçəndən sonra o peyvəndi vurmaq olmaz. Belə olan halda şəxsi gigiyenaya riayət etmək lazımdır”.
Həmçinin oxuyun: