QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan hərbçiləri "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
1 / 3
2 / 3
3 / 3
Azərbaycan tankçıları müsabiqənin "Fərdi sürmə" mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.
Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Həmçinin oxuyun:
Azərbaycan Ordusunun tank bölmələri intensiv döyüş hazırlığına başlayıb