BAKI, 24 avqust — Sputnik. Uzun müddətdir ABŞ-da olan Xalq artisti Məleykə Əsədovanın Azərbaycandan köçdüyü xəbəri yayılıb. Sputnik Azərbaycan Axşam.az-a istinadən xəbər verir ki, aktrisa səfərinin məqsədinin dincəlmək olduğunu deyib.
Aktrisanın evini satışa qoymasının səbəbinin də bu olduğu vurğulanıb: "Torpağımın bir qramını belə heç bir yerə dəyişmərəm. Ölkəmə bağlıyam. Qızımla istirahətə gəlmişik. Nəinki Amerikaya, heç bir yerə köçmərəm. Ölənə qədər Azərbaycanda yaşayacağam. Yaxın günlərdə Bakıya qayıdacağam, çox darıxıram. Burada da ancaq ölkəmdən danışıram".
Qeyd edək ki, M.Əsədova bir müddət əvvəl evini satışa çıxardığını açıqlamışdı.
Məlumat üçün bildirək ki, Məleykə Əsədova müxtəlif teatrlarda 20-dən artıq obrazda çıxış edib. O, bundan başqa, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış "Yad qızı", "İtkin gəlin", "Güllələnmiş heykəllər", "Apardı sellər Saranı" və s. kimi teletamaşalarda müxtəlif obrazlar yaradıb.