Rusiyada ötən bazar günü "Beynəlxalq Ordu Oyunları-2021" başlayıb. Yarışlarada 43 ölkədən 280 komanda iştirak edir. Bu gün tank ekipajlarının "Tank biatlonu" yarışı start götürüb.
Ümumilikdə 11 ölkədən - Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya, Suriya və Özbəkistandan olan hərbçilər 34 yarışda özlərini sınayacaqlar.
"Beynəlxalq Ordu Oyunları-2021"in proqramına üç yeni müsabiqə daxil edilib: "Ordu mədəniyyəti", "Meridian" və "Taktiki atıcı".
Bu il oyunlarda ilk dəfə Braziliya, Burkina-Faso, Kipr, Malayziya, Kamerun və Ekvador hərbi qulluqçuları da iştirak edirlər.