İQTİSADİYYAT

Professor: “Elektron valyutanın tətbiqi hər hansı problem yaratmayacaq”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, artıq bizim ölkəmizdə elektron ödənişlər vasitəsilə aparılan əməliyyatlar bir növ elektron valyutanın göstəricisi hesab edilə bilər
Sputnik
Dünyanın aparıcı ölkələri milli valyutaların elektron analoqu olan rəqəmsal pulların yaradılması üzərində iş aparırlar və ya artıq test edirlər. Çin 2014-cü ildən rəqəmsal yuanın yaradılmasına başlayıb.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, dünyada bu proses davamlı xarakter alıb: “Amma buna yanaşmada da fərqliliklər özünü göstərir. Bəzi ölkələr bunu ödənişlərin nağdsız formada həyata keçirilməsi, bəziləri isə ödənişlərin paralel olaraq aparılması ilə reallaşdırırlar. Bizim ölkəmizdə də bu istiqamətdə müvafiq işlər aparılır. Artıq bizim ölkəmizdə elektron ödənişlər vasitəsilə aparılan əməliyyatlar bir növ elektron valyutanın göstəricisi hesab edilə bilər. Faktiki olaraq bunun tətbiq edilməsi nağdsız ödənişlərə daha çox aid olacaq. O baxımdan ölkə daxilində elektron valyutanın tətbiqi hər hansı problem yaratmayacaq”.
Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz