CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Malazgird zəfərinin qeyd olunduğu məkanda Azərbaycanı təbliğ edən çadır qurulub

Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə "1071 Sultan Alparslan otağı" ilə 50 çadır qurulub.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Türkiyədə Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirlərinin Bitlis vilayətinin Ahlat rayonu ərazisində nəzərdə tutulan hissəsinə start verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu məkanda Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır qurulub. Zəfər münasibətilə keçirilən rəsmi açılışdan sonra "Mehtəran" birliyinin "Mehtər marşı"nın ifası olub. Sonra zəfərlə əlaqədar qurulan çadırlara və digər bölmələrə baxış olub.
Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə "1071 Sultan Alparslan otağı" ilə 50 çadır qurulub.
Qeyd edək ki, Malazgird döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuq hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərinin zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətilə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırıb.