BAKI, 23 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında "28" bədii-sənədli filminə onlayn baxış keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, əslən Şuşadan olan Xatirə Sərdarqızının müəllifi olduğu və onun real həyat hekayəsi əsasında çəkilən bədii-sənədli film Türkiyədə Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçiriləcək Diaspora Beynəlxalq Qısametrajlı Film Festivalında 120 ölkədən 3123 film arasından seçilərək finala çıxıb.
Filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin şahidi olan, doğma şəhərindən ayrı düşən Şuşalı qızın Şuşa həsrəti, 28 ildən sonra öz doğma şəhərinə, uşaqlığına qayıtması əks olunub. Burada Qarabağdan didərgin düşmüş uşaqların yaşadığı qorxular, müharibənin buraxdığı sağalmaz yaralar nümayiş olunub. Müəllif videokonfrans zamanı filmdə yaşadığı reallığı əks etdirdiyini bildirib.
Kitabxananın müdiri, əslən Şuşadan olan Arzu Xudayarova sonda müəllifə film üçün təşəkkür edib, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.
Həmçinin oxuyun: