Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 % çoxdur.
Bəs bu artım nədən qaynaqlanır və tikinti bazarına necə təsir edəcək? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı ekspert Emin Qəribli bildirib ki, pandemiya ilə əlaqədar olaraq bütün dünya ölkələrində istehsal tempi aşağı düşmüşdü: “İndi isə postpandemiya dövrüdür və iqtisadi artım templəri qeydə alınır. Ümumiyyətlə iqtisadi artımın hərəkətverici lokamativi tikinti sektoru hesab olunur. Qeyd etməliyik hazırda istehsalın artımı ilə yanaşı, tələbin də çoxalması müşahidə olunur. Bildiyimiz kimi Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparır. Təbii olaraq formalaşan bu tələb istehsalın da artımına səbəb olan amillər sırasındadır”.
Emin Qəribovli fikirlərinə audiofaylda qulaq asa bilərsiniz