CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Semaşko" yenidən bağlandı - Rəhbərlik təsdiqlədi

"Xəstə sayı çox olduğundan, biz 1 saylı Kliniki Tibbi Mərkəzin arxa tərəfində yerləşən modul tipli xəstəxananı da işə salmışıq".
Sputnik
 
BAKI, 23 avqust — Sputnik. 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) - "Semaşko" yalnız koronavirus xəstələrini qəbul edəcək. Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin rəhbəri Könül Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, "Semaşko" kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək. K.Ələkbərov buna səbəbin koronavirus xəstələrinin sayının artması ilə bağlı olduğunu bildirib.
Mərkəzin həkimləri artıq koronavirus xəstələrinin müalicəsi ilə məşğul olacaqlarını bildiriblər:
"Xəstə sayı çox olduğundan, biz 1 saylı Kliniki Tibbi Mərkəzin arxa tərəfində yerləşən modul tipli xəstəxananı da işə salmışıq", - deyə K.Ələkbərov bildirib.
O deyib ki, COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan ağır xəstələr mərkəzə yerləşdiriləcəklər.
Qeyd edək ki, 2020-ci ilin iyun ayında da "Semaşko" xəstəxanası yalnız koronaviruslu xəstələrin qəbulu üçün fəaliyyətini digər xəstələr üçün bağlamışdı.
Həmçinin oxuyun:
Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi