CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanın əksər rayonlarda əsasən hava yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Sabaha gözlənilən hava şəraiti açıqlanıb. ETSN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-35% olacaq.
Azərbaycanın əksər rayonlarda əsasən hava yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.