RUSİYA

Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq

Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Yaxın vaxtlarda S-400 Triumf zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyə ilə müqavilə imzalanacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Ordu-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın "Rosoboronexport" şirkətinin Baş direktoru Aleksandr Mixeev bildirib.
"Məsləhətləşmələr davam edir, proses yekun mərhələdədir. Yaxın vaxtlarda tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsinə başlayacağıq", - deyə Mixeev bildirib.
O, həmçinin bildirib ki, avqust ayında Türkiyədə keçirilən "IDEF 2021" silah sərgisi zamanı müəyyən uğurlar əldə edilib:
"Sərgi uğurla keçdi, nümayəndə heyətimiz yaxşı sorğu proqramı gətirdi".
Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.
Bu sövdələşmə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub. Aprelin sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə S-400-lərin ikinci alayının alınması ilə əlaqədar danışıqlar apardığını bildirib.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iyul ayında konqresdə keçirilən dinləmələrdə bildirib ki, Türkiyənin Rusiyadan silah alınmasını davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatlar Ankaraya qarşı mövcud sanksiyaları saxlayacaq və yenilərini də tətbiq edəcək.