CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyada əleyhinə aşkarlanan minaların sayı açıqlandı

Ötən bir həftə ərzində bundan əlavə 2 tank əleyhinə mina, 64 partlamamış hərbi sürsat aşkarlanıb. Ümumilikdə 147 hektar ərazi minadan təmizlənib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Ötən həftə ərzində 110 piyada əleyhinə mina aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Məlumata görə, ötən bir həftə ərzində bundan əlavə 2 tank əleyhinə mina, 64 partlamamış hərbi sürsat aşkarlanıb.
Ümumilikdə isə 147 hektar ərazi minadan təmizlənib.
Qeyd edək ki, daha öncəki həftədə 76 piyadaəleyhinə mina, 5 tankəleyhinə mina, 194 partlamamış hərbi sursat aşkarlanıb.
Həmçinin oxuyun:
Təhlükə davam edir - ANAMA son rəqəmləri açıqladı