CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda miqrantlar icazəsiz aksiya keçirdilər

“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Bakıda miqrantlar icazəsiz aksiya keçiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə ghörə, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib.
“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.