VİDEO

Həştərxanda yüzlərlə Xəzər şanagülləsi çiçək açıb

Rusiyanın Həştərxan vilayətində, Volqa çayının deltasında yüzlərlə Xəzər şanagülləsi çiçək açıb. Ətraflı - videomuzda.
Sputnik
Volqa çayının deltası üstündəki şanagüllələr gözəlliyi ilə göz oxşayır. Hər il bu bölgədə şanagüllələr iyulun sonundan sentyabrın ortalarına kimi çiçəkləyir.
Həştərxan şəhərinin saytında yer alan məlumata görə, dünyada yabanı halda əmələ gəlmiş şanagüllə sahələrindən ən böyüyü məhz Xəzərin sahilində yerləşir. Bu çiçək artıq çoxdan şəhərin qeyri-rəsmi rəmzinə çevrilib. Hətta yerli sakinlər şanagüllələrin Həştərxan vilayətindəki yaşayış məntəqələrinin yaxınlığında yerləşən çiçəklənmə lokasiyaları əsasında interaktiv xəritə də tərtib ediblər.