Lixtenşteynin knyaginyası vəfat edib

Knyaginya şənbə günü ailə üzvlərinin əhatəsində keçinib. 81 yaşlı knyaginyanın çərşənbə günü keçirdiyi insultdan sonra vəziyyəti getdikcə pisləşirmiş.
Sputnik
BAKI, 22 avqust - Sputnik. Lixtenşteyn knyazı II Hans-Adamın xanımı, knyaginya Mariya (Mariya Kinski fon Vhinits və Tettau) vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə hökmdarın sarayı məlumat yayıb.
Bildirilir ki, knyaginya şənbə günü ailə üzvlərinin əhatəsində keçinib. 81 yaşlı knyaginyanın çərşənbə günü keçirdiyi insultdan sonra vəziyyəti getdikcə pisləşirmiş.
Knyaginya Mariya 1940-cı ildə Praqada qraf ailəsində doğulub. O, 1967-ci ildə II Hans-Adamla ailə qurub, bu izdivacda onların dörd uşağı dünyaya gəlib.
Eləcə də oxuyun:
Avropada yeni münaqişə ocağı yarana bilər – səbəb yenə torpaqdır
Filip öldü – Britaniyada matəmdir