BAKI, 22 avqust - Sputnik. Ana və qeyri-rəsmi nikahda yaşadığı kişi on bir yaşlı övladını döyərək öldürüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Goranboy rayon mərkəzində, ailənin yaşadığı evdə baş verib.
Əldə olunan məlumata görə, Gülay Təhməzova qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədovla əlbir olaraq 11 yaşlı oğlu, F.Təhməzovu naməlum səbəbdən döyərək öldürüb.
Daha sonra izi azdırmaq üçün uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı qamışlığa atıblar.
Hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Eləcə də oxuyun:
Ögey uşaqlarına əzab verən qadın barədə cinayət işi başlandı
Biləsuvarda qan donduran olay - qadın bir yaşlı körpəsini kanala niyə atdı?